Dünya
Alyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə BBC teleradio şirkəti məlumat verib. Qeyd olunub ki, bu nəhəng dalğa buzlaqların əriməsi nəticəsində yaranan təhlükələrin bariz nümunəsidir. Tədqiqatçıların sözlərinə görə, bir sıra kiçik yeraltı təkanlar nəticəsində şiddətli torpaq sürüşməsi baş verib. Təxminən 64 milyon kubmetr həcmində qaya parçası bir dəqiqədən də az müddətdə suya tökülərək 500 metr hündürlüyündə dalğa yaradıb. Məlumat üçün bildirək ki, tarixin ən hündür meqasunamisi 1950-ci illərdə qeydə alınıb və həmin vaxt dalğanın hündürlüyü 500 metrdən çox olub. Alimlər vurğulayırlar ki, hadisə zamanı insan itkisinin olmaması yalnız vaxt amili ilə bağlıdır. Belə ki, təbii fəlakət səhər tezdən - turistlərin sevimli məkanı olan Treysi-Arm fyorduna gəmilərin daxil olmadığı vaxtda yaşanıb.
Mənbə
oxu.az