Şou biznes

"Met Gala"da qısqanclıq qalmaqalı: Rihanna və "A$AP Rocky" mübahisə etdilər - FOTO - VİDEO

07 May 2026, 02:24 1 baxış
"Met Gala"da qısqanclıq qalmaqalı: Rihanna və "A$AP Rocky" mübahisə etdilər - FOTO - VİDEO
Məşhur müğənni Rihanna və reper "A$AP Rocky" arasında "Met Gala" gecəsində qısqanclıq zəminində mübahisə düşüb. Oxu.Az TMZ nəşrinə istinadən xəbər verir ki, Rihanna müxbirlərdən birinə müsahibə verdiyi əsnada, "A$AP Rocky" onlardan bir neçə addım aralıda digər qadınlarla söhbət edib.
Jurnalistin suallarını cavablandıran ulduz müğənni qəfildən narazı görkəm alaraq sevgilisinə tərəf çevrilib. İnsayderlərin bildirdiyinə görə, reper xanımlarla söhbətini bitirib sevgilisinə yaxınlaşsa da, Rihanna ondan uzaqlaşıb. Cütlük "Met Gala"dan sonra avtomobildə yenidən mübahisə edərkən kameraların obyektivinə tuş gəlib.
{{gallery}}
"Met Gala"da qısqanclıq qalmaqalı: Rihanna və "A$AP Rocky" mübahisə etdilər - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər