Dünya

Cənubi Koreyada humanoid robot buddizmi qəbul edib - VİDEO

07 May 2026, 02:36 1 baxış
Cənubi Koreyada humanoid robot buddizmi qəbul edib - VİDEO
Seulda yerləşən "Çogesa" buddist məbədində humanoid (insanabənzər) robotun dini andiçmə mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Mərasim "Çoge" ordeninin əsas məbədində, Buddanın doğum günü ərəfəsində baş tutub. Boyu 130 sm olan robot mərasimdən sonra "şəfqət" mənasını verən Qabi adını alıb. Ona ənənəvi rahib geyimi geyindirilib. Robot ayin zamanı heç kəsə zərər verməyəcəyinə, enerjidən qənaətlə istifadə edəcəyinə və dini qaydalara əməl edəcəyinə dair and içib.
Cənubi Koreyada humanoid robot buddizmi qəbul edib - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər