Dünya

Avropa İttifaqı yenidən formalaşdırılır? - Almaniya altı bəndlik islahat planını təqdim etdi

07 May 2026, 01:06 1 baxış
Avropa İttifaqı yenidən formalaşdırılır? - Almaniya altı bəndlik islahat planını təqdim etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının (Aİ) təkrar formalaşdırılması üçün altı bənddən ibarət plan təqdim edib. O, qurumun xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində daha fəaliyyətqabiliyyətli olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Vadeful Konrad Adenauer Fondunun təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib. "Mən altı bəndi qeyd etmək istərdim. Birincisi, biz Brüsseldə gücləndirilmiş əməkdaşlıq mexanizmindən daha tez-tez istifadə etmək niyyətindəyik. Bu, o deməkdir ki, bütün 27 üzv dövlətin yaxın gələcəkdə birgə irəliləyişinin mümkünsüz olduğu siyasət sahələrində, biz kiçik bir ölkə qrupu ilə irəliyə doğru addımlayacağıq", - deyə nazir qeyd edib. Bununla yanaşı, o, ayrı-ayrı ölkələrin uzunmüddətli blokadalarının qarşısını almaq məqsədilə xarici siyasət məsələlərində yekdillik prinsipini ixtisaslı səs çoxluğu ilə səsvermə ilə əvəz etməyə çağırıb. Vadefulun islahatlara dair altı təklifi arasında yeni üzvlərin mərhələli şəkildə qəbulu vasitəsilə Aİ-nin genişlənməsinin sürətləndirilməsi də yer alır. Almaniya Kansleri Fridrix Merts artıq bu təşəbbüsü dəstəklədiyini ifadə edib. "Əgər biz Avropa İttifaqı olaraq bunu təmin edə bilməsək, bunu başqaları edəcək. O zaman isə tamamilə fərqli ittifaqlar formalaşacaq", - deyə AFR-in xarici işlər naziri sözlərini yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər