Dünya

FTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?

07 May 2026, 01:24 1 baxış
FTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbəri Keş Patel barədə məlumat sızması ilə bağlı araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "MS NOW" nəşri iki məlumatlı mənbəyə istinadən məlumat yayıb. İddialara görə, araşdırma çərçivəsində məlumatı əldə edən jurnalistin telefon qeydləri, məlumat bazası və sosial şəbəkə əlaqələri araşdırılır. Bəzi FTB əməkdaşlarının bundan ciddi narahat olduğu bildirilir. FTB-nin rəsmi nümayəndəsi Ben Uilyamson isə bu məlumatları təkzib edib. "Belə bir araşdırma yoxdur və jurnalist istintaqa cəlb edilməyib", - o deyib. "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq yeni təfərrüat ortaya çıxacağı halda açıqlama verəcəyini bildirib. Qeyd edək ki, apreldə dərc olunmuş məqalədə jurnalist Sara Fitapatrik anonim mənbələrə istinadən Patelin alkoqola meyilinin ciddi narahatlıq yaratdığını və onun bəzən səhərlər oyandırılmasının çətin olduğunu yazmışdı. Patel nəşrə qarşı böhtan iddiası qaldırıb, lakin jurnal və jurnalist materialın doğruluğunda israrlıdır və əlavə təsdiqlər əldə etdiklərini bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər