Dünya

Yaxın Şərq münaqişəsi neft bazarlarını vurdu - OPEC-də tarixi geriləmə

07 May 2026, 00:12 1 baxış
Yaxın Şərq münaqişəsi neft bazarlarını vurdu - OPEC-də tarixi geriləmə
OPEC ölkələrində neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Aprel ayında OPEC ölkələri tərəfindən gündəlik neft hasilatı 20.55 milyon barel təşkil edib. Bu, 1990-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Hasilatın kəskin azalmasına səbəb Yaxın Şərqdəki münaqişələr nəticəsində tədarük zəncirində yaranan fasilələrdir. Hasilatda ən böyük geriləmə Küveytdə müşahidə olunub. Ölkənin gündəlik hasilatı 470 000 barel azalaraq 800 000 barelə düşüb. Bu rəqəm Yaxın Şərqdəki münaqişədən əvvəlki həcmin üçdə birindən də azdır. Bununla belə, Küveytin neft ixracında cəmi 22 000 barellik cüzi azalma qeydə alınıb. "Bloomberg"in sorğusu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ sıralarını tərk etməsindən əvvəl keçirilib. Xatırladaq ki, BƏƏ bu qərarını mayın 1-də elan edib. Ölkə təşkilat daxilində Səudiyyə Ərəbistanı və İraqdan sonra neft hasilatına görə üçüncü yeri tuturdu. BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui bu addımı Hürmüz boğazının bağlanması və bunun nəticəsində Fars körfəzindən ixracın məhdudlaşması ilə əlaqələndirib. BƏƏ-nin təşkilatdan çıxmasından sonra, yeddi OPEC+ ölkəsi iyun ayında neft hasilatının yuxarı həddini gündəlik 188 000 barel artırmaq barədə razılığa gəliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər