Dünya
Dağıstan hökuməti istefaya göndərildi: Müvəqqəti baş nazir təyin edildi
Rusiyanın Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Fyodor Şukin respublika hökumətini istefaya göndərib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə region hökumətinin "Telegram" kanalında məlumat verilib. Eyni zamanda, bölgə rəhbərinin fərmanına əsasən, Maqomed Ramazanov Dağıstan hökumətinin sədri səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
Mənbə
oxu.az