Dünya

İtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO

06 May 2026, 18:30 1 baxış
İtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO
Adriatik dənizi sahilində yerləşən İtaliyanın kiçik Punta-Marina şəhəri tovuzquşuların "hücum"undan əziyyət çəkir. Bu barədə Oxu.Az "Aif.ru" nəşrinə istinadən xəbər verir. Yerli KİV-in yazdığına görə, şəhərdə məskunlaşmış quş koloniyası əsl xaos yaradıb. "Onların sayı təxminən 400-dür. Onlar hər yerdədir!", - deyə yerli sakin bildirib. Tovuzquşular yol nəqliyyatını bloklayır, eləcə də evlərin damlarına və avtomobillərə ziyan vurur. İnsanlar quşların qışqırıqlarından yata bilmədiklərindən şikayət edirlər. "Mən artıq burada yaşaya bilmirəm, çünki səhər saat 4-də quşlar qışqırmağa başlayırlar", - deyə Punta-Marina sakini olan qadın qeyd edib.
İtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər