Dünya

ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?

06 May 2026, 17:42 1 baxış
ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?
ABŞ və İran arasında münaqişəyə son qoymaq üçün ilkin razılaşma layihəsinə İslam Respublikasında uranın zənginləşdirilməsi və aktivlərin dondurulmasının ləğvi ilə bağlı müddəalar daxildir. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb. "Təmaslar zamanı İran tərəfi nüvə silahı əldə etmək istəmədiyini təsdiqləyib və Vaşinqton bunu alqışlayıb", - deyə telekanalı məlumatlandıran mənbə əlavə edib. ABŞ və İran hərbi toqquşmalara son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanması ərəfəsindədirlər. Oxu.Az bildirir ki, bu barədə "Axios" məlumat yayıb. Bildirilib ki, ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi "Azadlıq layihəsi" əməliyyatını dondurmaq qərarı məhz tərəflər arasındakı danışıqlarda əldə edilən müsbət nəticələrlə bağlıdır. Sözügedən sənəd Vaşinqtonun 14 bənddən ibarət planı üzərində qurulub və bölgədəki hərbi fəaliyyətlərin dayandırılmasını, eyni zamanda Hörmüz boğazında dəniz nəqliyyatı, İranın nüvə proqramı və Amerika sanksiyalarının ləğv edilməsi məsələlərini əhatə edən 30 günlük yeni danışıqlar mərhələsinin başlanmasını özündə əks etdirir. Qeyd edək ki, aprel ayının 11-də Amerika Birləşmiş Ştatları və İran nümayəndələri Pakistanın paytaxtı İslamabadda görüş keçirmişdilər. Həmin vaxt tərəflər ən azı iki mühüm mövzuda - nüvə proqramı və Hörmüz boğazı məsələsində ortaq məxrəcə gələ bilməmişdilər. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmadığını və bu səbəbdən Amerika ordusunun İrana qarşı dəniz blokadası başlatdığını bəyan etmişdi. İslamabadda baş tutan görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edirdi. Qrupun tərkibində həmçinin prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer almışdı. İran heyətini isə danışıqlarda parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər