Dünya

Ukrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşım

06 May 2026, 14:08 1 baxış
Ukrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşım
"Rusiyalıların hərəkətləri atəşkəsi ləğv edir". Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko özünün "Telegram" kanalında paylaşım edib. "Rusiyalılar atəşkəs rejimini pozublar və Ukraynaya bir sıra hücumlar həyata keçiriblər. Bu hərəkətlər Putin tərəfindən 9 may üçün elan edilən atəşkəsi ləğv edir", - deyə Sergey Sternenko paylaşımda bildirib. Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin göstərişi ilə 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb. Atəşkəs Böyük Vətən müharibəsində Qələbə gününün qeyd olunması ilə əlaqədar elan edilib. Nazirlik bu qərarla bağlı Kiyevin də eyni addımı atacağını gözlədiyini bildirmişdi. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra mayın 6-da saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib. "Müəyyən olunmuş vaxtdan etibarən biz "güzgü prinsipi" ilə hərəkət edəcəyik", - deyə Zelenski vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər