İqtisadiyyat
Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilir
Paytaxtın ən böyük sənaye parklarından olan Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar infrastrukturun yaradılması üzrə layihə-smeta sənədləri hazırlanması işlərinə başlanılacaq. Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tender elan edib. Qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 491 458 manat ödəniş edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin aprelində Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.
Mənbə
oxu.az