İqtisadiyyat
"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt
"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir". Oxu.Az xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri və nümayəndəsi Nasar Hayat Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, hazırda müasir rəqəmsal inqilab dövründən keçirik: "1960-cı illərdə genlər ətrafında bir inqilab baş verdi. Yeni sortlar yaradıldı, məşhur doktor Borlauq buğdanın yeni növünü təqdim edərək dünyanın daha çox insanının qidalanmasına töhfə verdi. Hazırda isə biz müasir rəqəmsal inqilab dövründən keçirik. Bu rəqəmsal inqilab öz həlləri ilə gəlir. O, bahalıdır, tətbiqi çətindir, lakin məhz buna görə biz burada bir araya gəlmişik ki, bu imkanları hamı üçün əlçatan edək. Bu, sadəcə, arzu etdiyimiz bir məsələ deyil, zəruri bir addımdır. Çünki bunsuz qarşıya qoyulan hədəflərə nail ola bilməyəcəyik".
Mənbə
oxu.az