Dünya

Londonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib

06 May 2026, 07:42 1 baxış
Londonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib
Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib. Oxu.Az "Domain.com" portalına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, qonşularına kompensasiya və məhkəmə xərcləri də daxil olmaqla, ümumilikdə təxminən 200 min funt-sterlinq (270 min dollardan çox) ödəməlidir. Bildirilir ki, Sara 1.6 milyon funt-sterlinqə "Lennox Gardens" ərazisindən mənzil alıb. Lakin aşağı mərtəbədə yaşayan Vaqner ailəsi illərlə davam edən təmir səbəbindən ciddi narahatlıqlarla üzləşib. Qonşular davamlı səs-küy, çatlayan tavanlar və çatlar vasitəsilə evə dolan həddindən artıq tozdan şikayət ediblər. Təmir işləri hələ 2014-cü ildə başlasa da, lazımi icazələrin olmaması səbəbindən uzanıb və mənzil uzun müddət yarımçıq vəziyyətdə qalıb. Bu müddət ərzində Vaqner ailəsi üç dəfə evini tərk etməyə məcbur olub. Məhkəmə təmirin əsassız ləngidilməsi və qonşulara narahatlıq yaradılması faktını təsdiqləyib. Nəticədə şikayətçilərə 40 min funt kompensasiya təyin olunub. Bundan əlavə, Sara məhkəmə xərclərinin 80%-ni ödəməli olacaq ki, bu da təxminən 150 min funt-sterlinq təşkil edir. Beləliklə, bankirin ümumi xərcləri 270 min dolları ötüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər