Şou biznes

Cici Hadidin süni intellektlə yaradılan fotosu milyarder atasını yanıltdı

06 May 2026, 04:42 2 baxış
Cici Hadidin süni intellektlə yaradılan fotosu milyarder atasını yanıltdı
Fələstin mənşəli amerikalı milyarder Məhəmməd Hadid qızı Cici Hadidin süni intellekt tərəfindən hazırlanmış şəklini gerçək foto ilə qarışdırıb. xəbər verir ki, bu barədə paylaşım biznesmenin "Instagram" hesabında yer alıb. Məhəmməd Hadid böyük qızının guya "Met Gala" xeyriyyə balında iştirak etdiyini əks etdirən və neyroşəbəkə vasitəsilə generasiya olunmuş kadrını yayımlayıb. Halbuki məşhur model həmin moda tədbirinə qatılsa da, tamamilə fərqli bir geyimdə olub. "O, sanki muzeydəki bir rəsmdən çıxıb. Hadid üslubunda klassik bir an", - deyə milyarder paylaşımını şərh edib.
Mənbə oxu.az