Dünya

İrandan BƏƏ-yə sərt xəbərdarlıq: "Təhlükəli fəsadları olacaq"

06 May 2026, 01:30 1 baxış
İrandan BƏƏ-yə sərt xəbərdarlıq: "Təhlükəli fəsadları olacaq"
İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsinin davam etdirilməsinin ciddi nəticələri ola biləcəyi barədə bəyanat yayıb. Oxu.Az xəbər verir ki, rəsmi açıqlama nazirliyin "Telegram" kanalında dərc olunub. "Əbu-Dabi rəsmilərinin sabitliyi pozan addımlarını, düşmən tərəflərlə sövdələşmələrini və hərbi bazaların yerləşdirilməsi prosesini davam etdirmələrini pisləyirik. Bu vəziyyətin bölgənin təhlükəsizliyi və sabitliyi üçün yaradacağı təhlükəli fəsadlar barədə xəbərdarlıq edirik", - deyə bəyanatın mətnində bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər