Dünya

İtaliyada Stromboli vulkanı püskürdü: Ərazidə sarı xəbərdarlıq elan edildi - VİDEO

06 May 2026, 00:44 1 baxış
İtaliyada Stromboli vulkanı püskürdü: Ərazidə sarı xəbərdarlıq elan edildi - VİDEO
İtaliyada Stromboli vulkanı yenidən püskürüb. "Radio Sputnik"ə istinadən xəbər verir ki, hazırda ərazidə təhlükə səviyyəsi "sarı" olaraq qiymətləndirilir. Vulkanoloqlar onilliklər boyu demək olar ki, fasiləsiz fəaliyyət göstərən və "Aralıq dənizinin mayakı" adlandırılan bu vulkanı ciddi nəzarətdə saxlayırlar.
Stromboli İtaliyanın üç aktiv vulkanından biridir. O, Tirren dənizində yerləşən Lipari adaları arxipelaqına daxildir. Vulkanın yerləşdiyi adada üç kiçik kənd var və burada təxminən 500 nəfər sakin yaşayır. Strombolinin son 20 min ildir ki, mütəmadi olaraq püskürdüyü bildirilir. Buna baxmayaraq, ciddi təhlükə yarada biləcək böyükmiqyaslı püskürmələr çox nadir hallarda baş verir.
İtaliyada Stromboli vulkanı püskürdü: Ərazidə sarı xəbərdarlıq elan edildi - VİDEO
Mənbə oxu.az