Dünya

İran sahilləri yaxınlığında yük gəmisinə hücum olub - FOTO

06 May 2026, 00:48 1 baxış
İran sahilləri yaxınlığında yük gəmisinə hücum olub - FOTO
Hörmüz boğazında hərəkət edən yük gəmisi mərmi zərbəsinə məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" hesabında məlumat yayıb. "Təsdiqlənmiş mənbədən alınan xəbərə əsasən, naməlum mərmi yük gəmisinə dəyib", - deyə qurumun açıqlamasında qeyd olunub. Bu hadisənin hansı fəsadlara və dağıntılara yol açdığı barədə hər hansı təfərrüat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər