Dünya

Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"

05 May 2026, 23:12 1 baxış
Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"
Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" Ştralzund Dəniz Muzeyinin əməkdaşlarının açıqlamasına istinadən məlumat yayıb. "Çox güman ki, qozbel balina artıq həyatda deyil. Ehtimal etmək olar ki, kəskin dərəcədə zəifləmiş heyvanın dərinliklərdə uzunmüddətli üzgüçülük üçün yetərli enerjisi qalmayıb və o tələf olub", - deyə muzey nümayəndələri qeyd ediblər. Ekspertlər onu da əlavə ediblər ki, heyvan mayın 2-də Şimal dənizinə buraxıldıqdan bəri onun vəziyyəti və koordinatları barədə heç bir məlumat daxil olmayıb. Mütəxəssislər balinanın xilasetmə əməliyyatına qatılan könüllülərə müraciət edərək, "Timmi"nin bədəninə quraşdırılmış GPS cihazlarından dəqiq məlumatları təqdim etmələrini xahiş ediblər. Qeyd edək ki, qozbel balina "Timmi" Almaniya sularında bir ay dayazlıqda qaldıqdan sonra mayın 2-də Şimal dənizinə buraxılıb. İki sahibkar heyvanın daşınması məqsədilə lazım olan barjanın xərclərini maliyyələşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər