Dünya

Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"

05 May 2026, 23:36 1 baxış
Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"
Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü açıqlama verib. Bildirilib ki, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç bu məsələni Fransada ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşdə qaldırıb. Avropa Komissiyasında qeyd ediblər ki, Brüssel və Vaşinqton arasında bağlanmış sazişin əsas şərtlərinin iyul ayına - razılaşmanın ildönümünə qədər qüvvədə olması məqsədəuyğun olardı. Eyni zamanda, Aİ ABŞ-ni mümkün cavab tədbirləri barədə xəbərdar etsə də, gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Aİ-dən idxal olunan avtomobillərə tarifləri 25%-ə qaldırdığını açıqlamışdı. Halbuki tərəflər arasında əvvəl razılaşdırılmış tarif səviyyəsi 15% idi. Qeyd edək ki, bu razılaşma 2025-ci il iyulun 27-də Şotlandiyanın Ternberi şəhərində imzalanmış çərçivə ticarət sazişinə əsaslanır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ABŞ-ni bu sazişə əməl etməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər