Dünya

ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA

05 May 2026, 20:42 1 baxış
ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub. Oxu.Az-ın TASS agentliyinə istinadla yaydığı xəbərə əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Profilaktika üzrə direktor əvəzi Maria Van Kerkhove məlumat paylaşıb. "İnfeksiyaya yoluxmanın gəmidən kənarda baş verdiyini və həmin şəxslərin (ilk yoluxan ər və arvad - red.) kruiz laynerinə artıq xəstə halda daxil olduqlarını ehtimal edirik", - deyə o, Cenevrədə təşkil olunan brifinq zamanı qeyd edib. Mütəxəssis vurğulayıb ki, bir həftə ilə altı həftə arasında davam edən hantavirusun inkubasiya dövrü bu ehtimalı təsdiqləyir. Onun açıqlamasına əsasən, ilk xəstələnən sərnişinlər gəmiyə Argentina ərazisində daxil olublar. Van Kerkhove həmçinin bildirib ki, ÜST nümayəndələrinə gəmi daxilində virusun potensial daşıyıcısı kimi tanınan siçovulların aşkar edilmədiyi barədə məlumat çatdırılıb. "Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə, "MV Hondius" kruiz laynerində hantavirusun ən riskli ştammlarından sayılan Andes virusunun yayılması qeydə alınıb. Qeyd edək ki, gəmidə hantavirus epidemiyası nəticəsində üç nəfərin həyatını itirdiyi bildirilmişdi. Daha üç sərnişində isə xəstəliyin əlamətləri aşkarlanıb. Hazırda gəmi Kabo-Verde dövlətinin paytaxtı Praya limanında dayanıb. Heyət üzvlərinin və sərnişinlərin sahilə enməsinə qadağa qoyulub, onlar göyərtədəki tibbi personal tərəfindən yoxlanışdan keçirilirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər