Dünya
"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib. Oxu.Az xəbər verir ki, investor optimizmi Yaxın Şərqdə gərginliyin azalması və ABŞ-də pul-kredit siyasətinin yumşaldılması gözləntiləri ilə bağlıdır. Bildirilir ki, Senatın Kevin Uorşun ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləməsi bazarda faiz dərəcələrinin daha tez endiriləcəyi ilə bağlı ümidləri artırıb. Mövcud FES rəhbərinin səlahiyyət müddəti mayın 15-də başa çatır. Qeyd olunur ki, digər kriptovalyutaların qiymət artımı "Bitcoin"lə müqayisədə xeyli zəifdir.
Mənbə
oxu.az