Digər
ABŞ İrana görə 17 gəmi və şirkəti qara siyahıya saldı
ABŞ İran nefti və neft məhsullarının daşınması və satışı ilə əlaqəli 17 gəmi və bir sıra şirkətə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyaya məruz qalan 17 tanker milyonlarla barrel İran nefti, yanacağı və neft məhsullarının Cənub-Şərqi Asiya bazarlarına daşınmasında istifadə olunub. Tankerlər Çin, Böyük Britaniya və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə məxsusdur.
Bundan əlavə, İranın neft-kimya sənayesi ilə əlaqəli olduğu bildirilən Böyük Britaniya, Hindistan, İran, Çin, BƏƏ, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edilib.
Mənbə
axar.az