Dünya
Tramp vəzifəsindən nə vaxt gedəcəyinə işarə edib
ABŞ Prezidenti Donald Tramp dövlət başçısı vəzifəsindən yalnız səkkiz və ya doqquz ildən sonra gedə biləcəyini deyib. Oxu.Az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kiçik və orta biznesin dəstəklənməsinə həsr olunan xüsusi tədbirdə çıxışı zamanı bildirib. ABŞ lideri nitqində öz administrasiyası tərəfindən sahibkarlığın inkişafı üçün atılan və təsiri 10 il davam edəcək addımlardan bəhs edib. "Biz doğru qərar verdik. Beləliklə, mən vəzifəmi, məsələn, səkkiz-doqquz ildən sonra tərk edəndə onlardan yararlana biləcəyəm", - deyə o vurğulayıb.
Mənbə
oxu.az