Dünya
ABŞ İrana qarşı yenidən hücuma hazırlaşır?
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkəti xidmətlərindəki mənbəsinə istinadən məlumat yayıb. "Hazırda Fars və Oman körfəzlərinin suları üzərində ən azı altı "Boeing KC-135R Stratotanker" və "Boeing KC-46A Pegasus" tipli hərbi-nəqliyyat yanacaqdolduran təyyarənin uçuşu müşahidə olunur", - deyə agentliyin mənbəsi qeyd edib. Mənbə həmçinin əlavə edib ki, bundan bir qədər əvvəl Yaxın Şərqdəki hərbi bazaların birindən havalanan "Northrop Grumman MQ-4C Triton" markalı kəşfiyyatçı pilotsuz uçuş aparatı da eyni akvatoriya üzərində öz uçuşunu yekunlaşdırıb.
Mənbə
oxu.az