Dünya

Hörmüzdə gərgin anlar: İran ABŞ-nin iddiasını rədd etdi

04 May 2026, 21:30 1 baxış
Hörmüzdə gərgin anlar: İran ABŞ-nin iddiasını rədd etdi
Amerika Birləşmiş Ştatları tərəfindən İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus hər hansı gəmi və ya qayıq batırılmayıb. xəbər verir ki, bu barədə məlumatı yüksəkrütbəli hərbi mənbəyə istinadən İran dövlət teleradio şirkəti yayıb. ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən məlumat yayıb. Onun sözlərinə görə, amerikalı hərbçilər ticarət gəmiləri üçün təhlükə yaradan altı kateri zərərsizləşdiriblər. Hadisənin digər detalları açıqlanmayıb.
Mənbə oxu.az