Dünya
SEPAH təkzib etdi: Hörmüz boğazından heç bir gəmi keçməyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi komandanlığının ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı irəli sürdüyü iddiaları rədd edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti olan IRIB SEPAH-ın bəyanatına istinadən verib. "Son bir neçə saat ərzində boğazdan heç bir ticarət gəmisi və ya tanker keçməyib. Amerikalı rəsmilərin səsləndirdiyi iddialar tamamilə əsassızdır və yalandan ibarətdir".
Mənbə
oxu.az