Dünya
Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, bu qərarın Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə qəbul edildiyi bildirilib. Məlumata görə, atəşkəs Böyük Vətən müharibəsində Qələbə gününün qeyd olunması ilə əlaqədar elan olunub. Nazirlikdən qeyd olunub ki, Moskva bu qərarla bağlı Kiyevin də eyni addımı atacağını gözləyir.
Mənbə
oxu.az