Dünya
İrandan BƏƏ-yə dörd raket atıldı
Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir. Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.
Mənbə
oxu.az