Cəmiyyət

"Space"in yeni rəhbəri kimdir? - DOSYE

04 May 2026, 17:58 1 baxış
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
"Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb. O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər