Dünya

Kaya Kallas ABŞ-nin sürprizindən danışdı

04 May 2026, 14:02 1 baxış
Kaya Kallas ABŞ-nin sürprizindən danışdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "ABŞ-nin qərarı (hərbçilərin çıxarılması barədə - red.) bizim üçün tam sürpriz oldu. Bu, yalnız NATO-da Avropa komponentinin gücləndirilməsinin vacibliyini artırır", - deyə o bildirib. Mayın 4-də Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ-nin öz qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarını şərh etməkdən imtina edib. Siyasətçi bildirib ki, hərbi təhlükəsizlik mövzusu Avropa Siyasi Birliyinin sammitində enerji təhlükəsizliyindən sonra ikinci məsələ olacaq. Fon der Lyayen vurğulayıb ki, Aİ-nin müdafiə və təhlükəsizlikdə daha çox müstəqilliyə ehtiyacı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər