Dünya
Filippində güclü zəlzələ baş verib
Filippində 6 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələnin episentri 189 mindən çox əhalisi olan Panalanoy şəhərindən 71 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 73 kilometr dərinlikdə olub. Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.
Mənbə
oxu.az