İqtisadiyyat
Kənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilir
Azərbaycanda yaşıllıqların köçürülməsinə görə bəzi hallarda bərpa dəyəri (kompensasiya) ödənilməyəcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən əlavə və dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək. Qeyd edək ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir.
Mənbə
oxu.az