İqtisadiyyat

"Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu

04 May 2026, 10:10 1 baxış
"Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu
"Bitcoin"in qiyməti 31 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq ticarət əməliyyatları zamanı 80 min dolları ötüb. Oxu.Az-ın xəbərinə görə, bunu "Binance" platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 6:40-a olan vəziyyətə görə, "Bitcoin" 2.61% bahalaşaraq 80 160 dollar səviyyəsində olub. Saat 7:00-da isə "Bitcoin"in dəyəri 80 230 dollar (2.64% yüksəliş) təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər