İdman
Dünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEO
Şotlandiya millisi ("Tartan Ordusu") Britaniya futbolunun ən köklü və ehtiraslı komandalarından biridir. "Tartan ordusu" Şotlandiya milli futbol komandasının azarkeşlərinə verilən ləqəbdir. Onlar dünyanın ən ehtiraslı, sadiq və centlmen azarkeş qruplarından biri kimi tanınırlar. Bu adı komandalarının oyunlarına geyindikləri ənənəvi Şotlandiya kiltləri və tartan naxışlarına görə alıblar. Onlar 1970-1990-cı illər arasında dünya çempionatının daimi iştirakçılarından hesab olunublar. Yeddi turnirdən altısına vəsiqə qazanmaq kimi məhsuldar dövrdən sonra isə 1998-ci ildən başlayan və ardıcıl altı uğursuzluqla müşayiət olunan ağır bir "qıtlıq" dövrü gəlib. 1998-ci ildən bəri dünya futbolunun əsas səhnəsindən bu ağrılı yoxluq, nəhayət, 2025-ci il noyabrın 18-də Danimarka üzərində 4:2 hesablı möhtəşəm və son dərəcə dramatik qələbə ilə başa çatıb. İndi şotlandlar Şimali Amerikada itirilmiş vaxtın əvəzini çıxmağı və ilk dəfə pley-off mərhələsinə yüksələrək yeni bir tarix yazmağı hədəfləyirlər. Oxu.Az Şotlandiya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Sərt siması ilə tanınan və özünə qarşı tənqidi yanaşmağı bacaran baş məşqçi Stiv Klark 2019-cu ildə komandanın sükanı arxasına keçdikdən bəri Şotlandiya azarkeşlərinə bol sevinc bəxş etməyi bacarıb. Nəzərə alsaq ki, dünya çempionatı və ya Avropa çempionatında iştirak etmədən keçən illərdən sonra Klarkın komandanı çıxardığı üçüncü böyük turnirdir, onun uğurunun miqyası daha aydın görünür. Şotlandiya tarixində heç bir məşqçi əvvəllər üç dəfə təsnifat mərhələsini uğurla adlamayıb. Əgər gözlənildiyi kimi, 62 yaşlı mütəxəssis bu turnirdən sonra vəzifəsi ilə vidalaşarsa, o bu posta sahib olmuş ən böyük şəxslərdən biri, bəlkə də, birincisi kimi tarixə düşəcək. Klark öz uğurunu praqmatik oyun tərzi və etibarlı oyunçulardan ibarət əsas heyətə sadiqliyi üzərində qurub. Şotlandların dünya səhnəsinə çoxdan gözlənilən dönüşündə bu seçim stabilliyinin özünü açıq şəkildə göstərəcəyi şübhə doğurmur. Şotlandiyanın ilk dünya çempionatı 1954-cü ildə İsveçrədə keçirilən turnir şotlandlar üçün uğursuz bir debüt olmuşdu, çünki onlar evə nə qol, nə də xal qazanmadan qayıtmışdılar. Sadəcə 12 oyunçusu olan heyətin seçilməsi və isti İsveçrə yayı üçün yun formaların götürülməsi kimi qeyri-peşəkar hazırlıqlarla yadda qalan bu turnirdə, onların ilk dünya çempionatı matçı Avstriyaya 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı. Daha pisi isə hələ qarşıda idi. İkinci və sonuncu matçda Uruqvay onlara 0:7 hesablı ağır zərbə vurmuşdu. Bu hesab hələ də komanda tarixinin ən böyük məğlubiyyəti sayılır.
Şotlandiyanın son dünya çempionatı Yeddi turnirdə ardıcıl olaraq qrup mərhələsindəki vidalardan sonra, Şotlandiyanın Fransada DÇ-1998 üçün rəsmi mahnısının adı - "Evə çox tez qayıtma" olmuşdu. Bu mahnı xalqın ümidlərini və narahatlıqlarını özündə əks etdirmişdi. Kreyq Braunun komandası üç oyundan cəmi bir xal toplayaraq ilk maneədəcə büdrəmiş və yenə də o tanış taleyin qurbanı olmuşdu. Turnirin açılışında Braziliyaya qarşı mübarizəli 1:2 hesablı məğlubiyyət təqdirəlayiq idi və sonrakı Norveçlə 1:1 hesablı heç-heçə uğurun yaxında ola biləcəyinə işarə edirdi. Lakin bu turnir Sent-Etyendə Mərakeşə qarşı sarsıdıcı 0:3 hesablı məğlubiyyətlə başa çatmışdı.
Şotlandiyanın ən yaxşı dünya çempionatı Kenni Dalqliş, Billi Bremner və Co Cordan kimi milli ikonalarla dolu heyətlə şotlandların 1974-cü il kampaniyasına böyük ümidlər bəsləməsi tamamilə haqlı idi. Gözləntilərə sadiq qalaraq, onlar Yuqoslaviya və son çempion Braziliya ilə heç-heçə etmişdilər. Daha sonra Zair Respublikasını (indiki Konqo Demokratik Respublikası) 2:0 məğlub edərək və qapılarında qol görməyərək turnirin yeganə məğlubedilməz komandası olmuşdular. Bununla belə, Uilli Ormondun komandası səkkiz komandalıq ikinci qrup mərhələsinə vəsiqəni cəmi bir qol fərqi ilə əldən vermişdi.
Şotlandiya 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb? Dünya çempionatına qayıdış yolu qrupun favoritlərindən olan Danimarka ilə səfərdə gərgin qolsuz heç-heçə ilə başlayıb və eyni rəqib üzərində möhtəşəm qollarla zəngin 4:2 hesablı qələbə ilə başa çatıb. "Hampden"dəki iki oyunda Yunanıstan və Belarus üzərində inam verməyən və bəxtin də köməyi ilə qazanılan qələbələrdən sonra komanda, hətta öz azarkeşləri tərəfindən fitə basılıb. Daha sonra Afinada 0:3 hesabı ilə geridə olduqları və Danimarkanın sadəcə evdə belarusları məğlub etməli olduğu bir vaxtda birbaşa vəsiqənin əldən çıxacağı qəti görünürdü. Lakin Belarusun Kopenhagendə gözlənilməz xal qazanması həlledici final üçün zəmin yaradıb. Skot Maktominey, Lorens Şankland, Kiran Tirni və Kenni Maklinin vurduğu qollar onların turnirə vəsiqəsini heyrətamiz şəkildə rəsmiləşdirib.
DÇ-2026-da Şotlandiyanın oyun cədvəli (Bakı vaxtı ilə) Şotlandiya yığması DÇ-2026-da C qrupunda Braziliya, Mərakeş və Haiti millilərinə qarşı mübarizə aparacaq. C qrupu: 14 iyun, 05:00, Haiti - Şotlandiya (Boston stadionu); 20 iyun, 02:00, Şotlandiya - Mərakeş (Boston stadionu); 25 iyun, 02:00, Şotlandiya - Braziliya (Mayami stadionu).
Şotlandiyanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu Ön dişlərinin olmamasına görə "Çənə" ləqəbini alan Co Cordan "Lids Yunayted"lə İngiltərəni fəth edən, daha sonra "Mançester Yunayted" və "Milan"da qəhrəmana çevrilən qorxunc bir hücumçu olub. O, həmçinin milli səviyyədə bir əfsanəyə çevrilib. Üç fərqli dünya çempionatında (1974, 1978 və 1982) qol vuran ilk britaniyalı oyunçu olaraq, o, Ronaldo, Roberto Bacco və Dieqo Maradona kimi isimlərin yer aldığı elit kluba daxil olmağı bacarıb. Ümumilikdə dörd dünya çempionatı qolu ilə Cordan ən yaxın şotland rəqiblərindən iki dəfə çox nəticəyə malikdir: Kenni Dalqliş, Arçi Gemmill və Con Uork (hər biri iki qol).
Dünya çempionatlarında ən çox forma geyinən Şotlandiya oyunçusu 1982-ci ildə heyətdə olsa da, meydana çıxmayan Cim Leyton, sonrakı üç dünya çempionatında Şotlandiyanın əsas qapıçısı olub və bu müddət ərzində doqquz oyunda iştirak edib. Bu göstərici ilə o, "Liverpul"un keçmiş futbolçusu Kenni Dalqlişi (8) qabaqlayaraq milli rekordçuya çevirib.
Şotlandiyanın dünya çempionatlarındakı unudulmaz anları Şotlandların dünya çempionatı tarixi barədə ən yaxşı xatirələrin adətən acı-şirin bir çalara malik olması çox şey deyir. 1982-ci ildə Devid Nareyin Braziliyaya qarşı vurduğu möhtəşəm ilk qol yekunda 1:4 hesablı məğlubiyyətlə müşayiət olunmuşdu. Zair (Konqo Demokratik Respublikası) üzərindəki o ilk dünya çempionatı qələbəsi isə qələbə fərqinin azlığına görə nəhayətində komandanın mübarizəni dayandırmasına səbəb olmuşdu. Ən klassik nümunəni isə Arçi Gemmill yaşamışdı. Onun 1978-ci ildə vurduğu qol əsl gözəllik nümunəsi olsa da və o dövrün möhtəşəm Niderland komandası üzərində 3:2 hesablı qələbəni gətirsə də, Şotlandiya Peru və İranla oyunlarda itirilən xallara görə turnirlə vaxtından əvvəl vidalaşmalı olmuşdu.
Şotlandiya millisi Şimali Amerikaya sadəcə qonaq kimi deyil, öz tarixində ilk dəfə pley-off mərhələsinə adlamaq üçün gedir. Robertsonun liderliyi və Maktominayın həlledici qolları "Tartan ordusu"nu arzularına çatdıra biləcəkmi?

Mənbə
oxu.az