Şou biznes
Şakiranın konsertində Pikenin ünvanına təhqiramiz şüarlar səsləndirildi
Məşhur müğənni Şakira Rio-de-Janeyro şəhərində yerləşən Kopakabana çimərliyində pulsuz konsert proqramı ilə çıxış edib. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, ifaçının çıxışını təxminən iki milyon insan izləyib. Şakira konsert zamanı Jerar Pike ilə münasibətlərinə eyham vurub. "Braziliyada 20 milyon tənha ananın olduğunu bilirdinizmi? Onlar ailələrini dolandırmaq üçün ağır işlərdə çalışırlar. Mən də onlardan biriyəm!", - deyə sənətçi bildirib. Bu sözlərdən sonra konsert iştirakçıları Pikenin ünvanına təhqiramiz şüarlar səsləndirməyə başlayıblar. Qeyd edək ki, 2022-ci ildə Pike və Şakiranın futbolçunun xəyanəti səbəbindən ayrıldıqları məlum olub. O vaxtdan bəri kolumbiyalı müğənni iki oğlunu təkbaşına böyüdür.
Mənbə
oxu.az