İdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub etdi - VİDEO

03 May 2026, 20:48 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 6-cı dəqiqədə Mateus Kunya açıb. 14-cü dəqiqədə Benyamin Şeşko fərqi artırıb. 47-ci dəqiqədə Dominik Soboslai qonaqların ilk qolunu vurub. 56-cı dəqiqədə Kodi Qakpo hesabı bərabərləşdirib. 77-ci dəqiqədə isə Kobi Maynu "Mançester Yunayted"ə qələbə qazandıran qolu vurub. Bu nəticədən sonra "Mançester Yunayted" 64 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Liverpul" isə 58 xalla dördüncü yerdədir.
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub etdi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər