İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini üç medalla başa vurdular

03 May 2026, 19:46 1 baxış
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini üç medalla başa vurdular
Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini üç bürünc medalla başa vurub. Oxu.Az xəbər verir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+100 kq) və Uşangi Kokauri (+100 kq) bürünc medal qazanıblar. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər