İdman

İlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"

03 May 2026, 12:48 1 baxış
İlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"
"Yarış barədə təəssüratlarımız çox yaxşıdır". Oxu.Az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2026"nın Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov deyib. O bildirib ki, bu marafona dəvət olunduğumuz üçün təşəkkür edirik: "Bütün idmançılara uğurlar arzu edirik. Boccia İdman Federasiyası olaraq idmançılarımızla birgə burada iştirak etməkdən məmnunuq. Bütün marafonçulara uğurlar arzu edirik". Qeyd edək ki, doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik ("Full Marathon") məsafədə təşkil ediləcək. Builki marafon şəhərin həm tarixi, həm də müasir simasını əhatə edən unikal bir marşrutla yadda qalacaq. İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanından keçərək, Xəzər sahili boyu, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar. 2016-cı ildən keçirilən "Bakı Marafonu" hər il öz kütləviliyi və maraqlı proqramı ilə yadda qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər