İdman

Rusiya basketbolçusu Azərbaycan millisində çıxış edə bilər

03 May 2026, 02:24 1 baxış
Rusiya basketbolçusu Azərbaycan millisində çıxış edə bilər
Rusiyalı basketbolçu Yelizaveta Bratçikova vətəndaşlığının təsdiqlənəcəyi halda Azərbaycan millisində çıxış edə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Sport-Express" nəşri məlumat yayıb. Məlumata görə, "MBA", "Yenisey" və "Nika" klublarında forma geymiş basketbolçu FIBA 3x3 Dünya Liqası çərçivəsində Azərbaycanı təmsil edən komandalardan birində oynaya bilər. 2024/25 mövsümündə Bratçikova "Nika"da çıxış edib və Premyer Liqada orta hesabla 5.2 xal, 2.8 ribaundla yadda qalıb. Qeyd edək ki, basketbolçu 2022-ci ilin yayında Rusiya qadın millisinin açıq təlim-məşq toplanışına dəvət almışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər