İdman
Türkiyə Superliqası: "Fənərbağça" qalib gəldi, "Qalatasaray" məğlub oldu - VİDEO
Türkiyə Superliqasının 32-ci turunda lider "Qalatasaray" səfərdə "Samsunspor"a 4:1 hesabı ilə məğlub olaraq çempionluğu vaxtından əvvəl rəsmiləşdirmək şansını qaçırıb. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi 9-cu dəqiqədə Yunus Akgünün qolu ilə hesabı açsa da, 22-ci dəqiqədə Mundilmaci bərabərlik qolunu vurub.
İkinci hissədə Ndiaye 57-ci dəqiqədə "Samsunspor"u önə çıxarıb. Ardınca 71-ci dəqiqədə Mundilmaci, 82-ci dəqiqədə isə Ndiaye yenidən fərqlənərək hesabı 4:1-ə çatdırıblar. Eyni turda "Fənərbağça" evdə "Başakşehir" üzərində 3:1 hesablı qələbə qazanıb. 28-ci dəqiqədə Anderson Taliska hesabı açıb, 36-cı dəqiqədə Amin Harit bərabərlik qolunu vurub. İkinci hissədə isə Taliska 57-ci və 73-cü dəqiqələrdə fərqlənərək het-trik edib.
Bu nəticələrdən sonra "Qalatasaray" 74 xalla liderliyini qorusa da, "Fənərbağça" xallarını 70-ə çatdıraraq fərqi 4 xala endirib.

Mənbə
oxu.az