İqtisadiyyat
Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO
Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir. Oxu.Az-ın "Qanun nə deyir" adlı rubrikasının bugünkü mövzusu oyuna görə kredit müraciətinə imtina gəlməsi ilə bağlıdır. Mobil oyunlara ödəniş etdiyinizə görə sizə kreditin verilməsində imtina edilə bilər. Sözügedən səbəbə görə bankın kredit verməkdən imtina etməsi nəzəri cəhətdən mümkündür. Kredit münasibətləri mülki hüquq münasibətlərinə aid olduğundan bu sahədə əsas prinsip müqavilə azadlığıdır. Mülki Məcəllə bu prinsipi təsbit edir və tərəflərin müqavilə bağlayıb-bağlamamaqda sərbəst olduğunu müəyyən edir. Yəni bank kredit müqaviləsini bağlamaqda məcbur deyil.
Eyni zamanda, bankların fəaliyyəti "Banklar haqqında" Qanunla tənzimlənir. Həmin qanuna əsasən banklar kredit risklərini müstəqil qiymətləndirmək və öz kredit siyasətlərini müəyyən etmək hüququna malikdirlər. Bank, müştərinin ödəmə qabiliyyətini, maliyyə davranışını və ümumi risk səviyyəsini nəzərə alaraq qərar verir. Bu çərçivədə xərcləmə vərdişləri, o cümlədən oyun və ya əyləncə məqsədli ödənişlər də risk faktoru kimi qiymətləndirilə bilər. Bundan əlavə, Mərkəzi Bank tərəfindən tətbiq edilən məsuliyyətli kreditləşmə prinsipləri banklardan daha ehtiyatlı yanaşma tələb edir. Bankın belə hallarda kredit verməməsi həm də gələcəkdə mümkün borc problemlərinin qarşısını almağa yönəlib. Bu səbəbdən, təqdim olunan səbəblə kreditdən imtina hüquqi baxımdan əsaslandırılmış sayılır. Vətəndaş belə qərardan narazı qaldıqda isə məhkəməyə müraciət edə bilər.

Mənbə
oxu.az