Dünya
Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib. Oxu.Az xəbər verir ki, "M1" telekanalının yaydığı məlumata əsasən, bu niyyəti Madyarın qohumbazlıqda günahlandırılmasına yol açıb. "Tisa" partiyasının hüquq məsələləri üzrə direktoru Marton Melletey-Barnaya Ədliyyə Nazirliyinə rəhbərlik etməyi təklif etdim. O, son iyirmi il ərzində vəkillik fəaliyyəti ilə məşğul olub", - deyə Madyar öz "Facebook" səhifəsində qeyd edib. Partiya sədri bu şəxslə qohumluq əlaqələrinin olduğunu açıqlamayıb. Yerli medianın isə yazır ki, Melletey-Barna 2025-ci ilin sentyabrında Madyarın bacısı ilə ailə həyatı qurub. P.Madyar artıq gələcək kabinetindəki bütün postlar üzrə namizədlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb. Mayın 9-da çağırılacaq yeni parlamentin ilk iclasında onun baş nazir seçiləcəyi gözlənilir. Xatırladaq ki, Madyarın rəhbərlik etdiyi "Tisa" partiyası aprelin 12-də Macarıstanda baş tutan parlament seçkilərində qələbə qazanıb. Bununla da fəaliyyətdə olan Baş nazir Viktor Orban və onun rəhbəri olduğu "Fides - Macarıstan Vətəndaş İttifaqı" partiyası 16 il davam edən fasiləsiz iqtidar dövründən sonra müxalifətə keçəcək.
Mənbə
oxu.az