Dünya

Tramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?

01 May 2026, 13:44 1 baxış
Tramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?
ABŞ Prezidenti Donald Tramp həyatına edilən hücum cəhdlərinə rəğmən, zirehli gödəkçə geyinməkdən imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə Tramp mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib. ABŞ rəhbəri hesab edir ki, gülləkeçirməz jilet onu vizual olaraq daha dolu göstərir. Mətbuat nümayəndələrinin mövzu ilə bağlı suallarını cavablandıran Tramp: "əgər 9 kiloqram daha ağır görünsəydim, buna necə tab gətirəcəyimi deyə bilmərəm", - ifadəsini işlədib. Xatırladaq ki, keçən həftəsonu ABŞ liderinə qarşı növbəti sui-qəsd cəhdi baş tutub. Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının "Vaşinqton Hilton" hotelindəki tədbiri zamanı silahlı insident qeydə alınıb. Hadisə zamanı prezident və iştirak edən digər rəsmi şəxslər dərhal təxliyə olunublar, hücumu həyata keçirən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər