Dünya

ABŞ lideri NATO ölkələrini Ukraynada xaos yaratmaqda ittiham etdi

01 May 2026, 11:32 1 baxış
ABŞ lideri NATO ölkələrini Ukraynada xaos yaratmaqda ittiham etdi
"Avropanın NATO-ya üzv olan dövlətləri Ukraynada xaos yaradıblar". Oxu.Az Ağ Evin rəsmi "YouTube" kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bəyan edib. "Biz axı onlara Ukrayna məsələsində dəstək verirdik. Onlar həmin ölkədə qarışıqlıq, tam bir xaos yaratdılar və biz də Kiyevlə bağlı onlara kömək edirik. Sizin də bildiyiniz kimi, bizi okean ayırır", - deyə Tramp qeyd edib. Tramp xüsusi olaraq vurğulayıb ki, sabiq prezident Co Bayden tərəfindən Ukraynaya 350 milyard dollar vəsaitin ayrılması çılğınlıq idi: "Hərbi münaqişənin uzanmasının əsas səbəblərindən biri budur".
Mənbə oxu.az

Oxşar Xəbərlər