Dünya
Trampın Almaniya ilə bağlı bəyanatı Pentaqon rəsmilərini heyrətləndirib
Prezident Donald Trampın ABŞ qoşunlarının Almaniyadan çıxarılması barədə bəyanatı Pentaqon nümayəndələrini heyrətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Həmçinin, konqresmenlərdən birinin köməkçisinə istinadən qəzetdə yazılana görə, Hərb Nazirliyi qoşunların sayının azaldılmasını planlaşdırmayıbmış. Bununla belə, mənbə vurğulayıb ki, prezidentin bəyanatına ciddi yanaşmaq lazımdır. Məqalədə qeyd olunur ki, Tramp ikinci səlahiyyət müddətində Avropaya qarşı ritorikasını daha da sərtləşdirib. O, ABŞ-nin müttəfiqlərinin İranla müharibəyə qoşulmaqdan imtina etməsi səbəbindən NATO-dan çıxmağı düşündüyünü bildirib, Qrenlandiyanı ələ keçirə biləcəyinə dair fikirlər səsləndirib. Almaniya rəsmilərindən biri isə məsələyə belə münasibət bildirib: "Trampın sərt xəbərdarlıqlar siyasəti son həddinə çatıb və onun ritorikası tükənib. Amerika qoşunlarının Almaniyadan çıxarılması ABŞ-nin özünü ciddi şəkildə zəiflədəcək. Biz düşünürük ki, Vaşinqtondakı yetkin şəxslər yenidən ön plana çıxmağı planlaşdırırlar".
Mənbə
oxu.az