Dünya
ABŞ-də məktəbdə QANLI HADİSƏ - Bıçaqlı şəxs 5 nəfəri ağır yaralayıb - VİDEO
ABŞ-nin Vaşinqton ştatında naməlum şəxsin məktəbdə həyata keçirdiyi bıçaqlı hücum nəticəsində azı beş nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Takoma şəhərində yuxarı sinif şagirdlərinin təhsil aldığı məktəbdə baş verib. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, dörd nəfərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri hələlik açıqlanmır. "NBC News" xəbər yayıb ki, xəsarət alanların dördü şagird, biri təhsil müəssisəsinin mühafizəçisidir.

Mənbə
oxu.az