Dünya

Kral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO

01 May 2026, 09:56 1 baxış
Kral III Çarlzla bağlı növbəti skandal -  Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, III Çarlz və xanımı Kamilla Arlinqton milli qəbiristanlığını ziyarət ediblər. Böyük Britaniya monarxı və həyat yoldaşı artilleriya yaylım atəşi, eləcə də hər iki dövlətin himnlərinin sədaları altında qarşılanıblar. Buna baxmayaraq, əsgərlərdən birinin Britaniya bayrağını tərsinə tutması xoşagəlməz insidentə səbəb olub. Heraldika qaydalarına əsasən, "Union Jack" bayrağının bayraq dirəyinə yaxın olan hissəsində daha geniş ağ diaqonal zolaq qırmızı diaqonal zolağın üzərində yerləşdikdə o, doğru asılmış sayılır. Qırmızı zolaq daha geniş ağ zolağın üstündə olduqda isə bayraq tərsinə çevrilmiş hesab edilir. Xatırladaq ki, bundan əvvəl aprelin 25-də də oxşar hadisə yaşanıb. "Reuters" agentliyinin məlumatına görə, III Çarlzın ABŞ-yə səfərinə hazırlıq zamanı Vaşinqtonda Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları dalğalanıb. Aprelin 28-də isə ABŞ prezidenti Donald Tramp protokol qaydalarını pozub. O, Vaşinqtonda rəsmi qarşılanmadan sonra III Çarlzın çiyninə toxunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər