Dünya

Banqkokda anomal istilər: İndeks 52 dərəcəni keçdi

01 May 2026, 08:16 1 baxış
Banqkokda anomal istilər: İndeks 52 dərəcəni keçdi
Tailandın paytaxtı Banqkokda istilik indeksi 52 dərəcə Selsiyə çatıb. Faktiki temperaturun 36 dərəcə olmasına baxmayaraq, yüksək rütubət səbəbindən hiss edilən hərarət son dərəcə təhlükəli səviyyəyə yüksəlib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Banqkok meriyası şəhərdə istilik indeksinin maksimum - "son dərəcə təhlükəli" həddə çatması barədə xəbərdarlıq yayıb. Qeyd edək ki, bu indeks yalnız hava temperaturunu deyil, həm də nisbi rütubəti nəzərə alan orta göstəricidir. Rəsmi xəbərdarlıqda sakinlərin belə hava şəraitində uzun müddət açıq havada qalmaqdan çəkinmələri tövsiyə olunur. Hökumət orqanları günvurma və ya digər narahatlıq simptomları yaranarsa, dərhal tibbi yardıma müraciət etməyi məsləhət görürlər. Məlumat üçün bildirək ki, aprel ayı Tailandda ilin ən isti dövrü hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər