Dünya

BƏƏ öz vətəndaşlarının üç ölkəyə səfərlərini qadağan etdi

01 May 2026, 07:00 1 baxış
BƏƏ öz vətəndaşlarının üç ölkəyə səfərlərini qadağan etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz vətəndaşlarının İran, İraq və Livana səfərlərini qadağan edib. Oxu.Az xəbər verir ki, müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. "Regionda baş verən son hadisələr fonunda XİN bildirir ki, ölkəmizin vətəndaşlarına bundan sonra İran, İraq və Livana bütün səfərlər qadağandır. Bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - deyə XİN-in press-relizində bildirilir. Bu qərarın səbəbləri barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər