Dünya

Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA

01 May 2026, 04:00 1 baxış
Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Rusiyada 2026-cı ilin may bayramlarında ümumi turist axınının ötən illə müqayisədə 15-20% azaldığı bildirilib. Oxu.Az Rusiya Turizm Operatorları Assosiasiyasına istinadən xəbər verir ki, bunun fonunda Azərbaycan da daxil olmaqla MDB ölkələrinə səfərlərə marağın artması müşahidə olunur. Ənənəvi istiqamətlərdən başqa, MDB ölkələrinə - Azərbaycan, Ermənistan, Gürcüstan və Özbəkistana xarici səfərlərə maraq artır ki, burada rezervasiyaların artımı təxminən 30% qiymətləndirilir. Qeyd olunur ki, ümumi dinamika fonunda rublun möhkəmlənməsi də xarici səfərləri daha əlçatan edir və onların qiymətini ötən illə müqayisədə orta hesabla 5-7% aşağı salır.
Mənbə oxu.az

Oxşar Xəbərlər